RU

Şahmat üzrə Azərbaycan çempionatında 1/4 finalın ilk iştirakçıları bəlli olub

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 13 fevral, AZƏRTAC

Şahmat üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinin ilk iştirakçıları müəyyənləşib.

Azərbaycan Şahmat Federasiyasından AZƏRTAC-a bildirilib ki, 1/8 finalda keçirilən iki partiyanın nəticəsinə əsasən, Şəhriyar Məmmədyarov, Eltac Səfərli, Aydın Süleymanlı, Read Səmədov, Əhməd Əhmədzadə və Məhəmməd Muradlı növbəti mərhələyə yüksəliblər. Rauf Məmmədov-Şiroğlan Talıbov və Xaqan Əhməd-Nicat Abasov cütlüyündə qalib bu gün baş tutacaq tay-brekdə məlum olacaq.

Qadınların yarışında Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Xanım Balacayeva, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Ayan Allahverdiyeva və Səbinə İbrahimova 1/4 finala vəsiqə qazanıb. Gövhər Beydullayeva-Nərmin Abdinova qarşılaşmasında növbəti mərhələyə vəsiqənin taleyi tay-brekdə müəyyənləşəcək.

Qeyd edək ki, şahmat üzrə Azərbaycan çempionatına fevralın 22-də yekun vurulacaq. Partiyalar hər gün saat 15-00-da başlayır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
9
8
azertag.az

10Источники