RU

Qışın sonundakı ruh düşkünlüyündən necə xilas olmalı?

Qışın sonunda bir çox insan pis əhval-ruhiyyə və melanxolik epizodları ilə qarşılaşır.

Ölkə.az "Independent"ə istinadla xəbər verir ki, bu barədə psixoterapevt Cio Dolçekor bildirib.

O vurğulayıb ki, qışın sonundakı depressiya sadəcə pis əhval və yorğunluq deyil. Çox vaxt bu, qısa işıq günü və günəş işığının azlığı səbəbindən yaranan enerji azalması və emosional narahatlıqla müşayiət olunan “qış sindromu” adlanan vəziyyətin təzahürü ola bilər.

Psixoterapevtin sözlərinə görə, sadə, lakin ardıcıl addımlar bu dövrü daha asan keçirməyə kömək edir. Məsələn, o, hər gün eyni vaxtda müəyyən bir işi görmək vərdişi yaratmağı tövsiyə edib. Həmçinin dostlarla görüşmək və soyuq havada belə hər gün açıq havaya çıxmaq faydalıdır.

“Bu, ‘işıq hormonu’ serotonin istehsalını yaxşılaşdırır və bioloji ritmləri sabitləşdirir”, — deyə mütəxəssis izah edib.

Dolçekor əlavə edib ki, qışın sonundakı depressiyanı keçirməyin digər yolu insanı sevindirən məşğuliyyətlər tapmaqdır — istər hobbi, istər yaradıcılıq, istərsə də idman. Onun sözlərinə görə, bu cür sadə yanaşmalar bütün simptomları aradan qaldırmır, lakin qışı xoş anlarla doldurmağa kömək edir.

Həmidə İbrahimova

Избранный
164
2
olke.az

3Источники