Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) səfərinin ikinci günündə ali təhsil müəssisəsinin rəhbərliyi ilə görüşüb.
"Unikal" xəbər verir ki, görüşdə birgə əməkdaşlıq imkanları, müəllim-tələbə mübadiləsi və gələcək perspektiv layihələrdən söhbət açılıb.
Çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov bu səfərin iki ali təhsil müəssisəsi arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini deyib. O bildirib ki, müasir dövrdə ali təhsildə interdisiplinar yanaşma və sənaye-universitet əməkdaşlığı dayanıqlı inkişafın əsas şərtlərindən biridir və ADAU bu istiqamətdə BANM ilə qarşılıqlı faydalı əməkdaşlığa xüsusi önəm verir. Rektor səfərin gələcək birgə təşəbbüslərin reallaşmasına və elmi-akademik əlaqələrin institusional səviyyədə inkişafına töhfə verəcəyinə əminliyini də ifadə edib.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Aqrar Universitetdə olmaqdan məmnunluq duyduğunu ifadə edib. O deyib ki, ərzaq təhlükəsizliyi məsələsi qlobal çağırışlar fonunda strateji prioritetə çevrilib və bu istiqamətdə yüksək ixtisaslı kadrların hazırlanması xüsusi əhəmiyyət daşıyır. Rektor diqqətə çatdırıb ki, müasir texnologiyaların, mühəndislik həllərinin və innovativ yanaşmaların aqrar sahəyə inteqrasiyası məhsuldarlığın artırılması və dayanıqlı inkişafın təmin olunmasında əsas rol oynayır. Onun sözlərinə görə, ali təhsil müəssisələri arasında əməkdaşlıq ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və aqrar sektorun rəqabət qabiliyyətinin yüksəldilməsi baxımından mühüm platformadır.
Görüşdə Azərbaycan Dövlət Aqrar Universitetinin tanıtım çarxı da nümayiş olunub.
Sonda Azərbaycan Dövlət Aqrar Universiteti ilə Bakı Ali Neft Məktəbi arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb.
Rəsmi görüşdən sonra qonaqlar ADAU-nun müasir laboratoriyaları, Açıq və qapalı balıqyetişdirmə laboratoriyaları, Heyvandarlıq mərkəzi, Maşın-traktor parkı, Vivarium, İstixana kompleksi, Tələbə evləri və Taxıl və paxlalı bitkilər laboratoriyasında olublar.
Həmçinin, qonaqlar Universitetin onlayn televiziyası olan ADAU TV-nin müasir studiosu ilə tanış olub, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov televiziyaya müsahibə verib.
Daha sonra Dövlət Aqrar Universitetinin bir qrup professor-müəllim heyəti görüş keçirilib. Görüşdə ali təhsil müəssisələri arasında elmi-tədqiqat əməkdaşlığının genişləndirilməsi, birgə layihələrin icrası və akademik mübadilə imkanlarının artırılması məsələləri müzakirə olunub.
Tərəflər interdisiplinar yanaşmanın gücləndirilməsi, innovativ tədris metodlarının tətbiqi və sənaye ilə əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar. Eyni zamanda, professor-müəllim heyətinin elmi potensialının birgə təşəbbüslər çərçivəsində səfərbər olunmasının ölkənin prioritet istiqamətləri üzrə dayanıqlı inkişafa töhfə verəcəyi qeyd edilib.
Sonda xatirə şəkli çəkdirilib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта