RU

Güclü qar səbəbindən Moskvanın hava limanlarında uçuş və enişlərdə gecikmələr olub

Moskvada güclü qar səbəbindən uçuşlarda gecikmələr yaranıb.

 

APA Rusiya mətbuatına istinadən xəbər verir ki, gecə yarısından etibarən Vnukovo hava limanında 21 təyyarə uça bilməyib, daha 10-u isə sərnişin qəbul edə bilməyib.

 

Şeremetyevo hava limanında 12 reysin yola düşməsi, 18 reysin isə enişi gecikdirilib. Domodedovo hava limanında 12 təyyarə uçuş üçün növbədə qalıb, daha 7-si isə enə bilməyib.

 

Qeyd edək ki, ötən gün axşamdan bəri paytaxt bölgəsini güclü qar yağışı bürüyüb. İntensiv yağıntıların bu gün də davam edəcəyi vurğulanıb.

Избранный
10
4
qaziler.az

5Источники