RU

İrəvanın mərkəzindən qohumlarını salamlayan azərbaycanlı kimdir? “Xalaoğlu, dur gəl, yeyib içək” VİDEO

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Amasiya rayonunun Öksüz kənd sakini İrəvan şəhərinin mərkəzindən video paylaşaraq qohumlarına salam göndərib. Görüntüləri hərbi ekspert Ədalət Verdiyev sosial şəbəkə hesabında paylaşıb.

Avtosfer.az xəbər verir ki, videoda danışan şəxs İrəvanın mərkəzində olduqlarını bildirərək şəhərdə vəziyyətin sakit və təhlükəsiz olduğunu vurğulayıb. O, qohumlarına müraciətlə “İrəvanın düz ortasındayıq. Əmin-amanlıqdır, sakitlikdir. Durun, gəlin” ifadələrini səsləndirib.

Avtomobili yuma metodunuz onun qiymətinə necə təsir edir? - ARAŞDIRMA

Həmçinin o, qohumlarını İrəvana dəvət edərək burada birlikdə gəzə biləcəklərini, daha sonra isə ana yurdları olan Amasiyaya yollanmağın mümkün olduğunu bildirib.

Şəxs qeyd edib ki, onları şəhərdə yaxşı qarşılayıblar və bir neçə gün də İrəvanda qalmağı planlaşdırırlar.

Eltac Zülfüqaroğlu

Oxunub 204

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
18
avtosfer.az

1Источники