RU

IEA: Azərbaycanın yanvarda "OPEC+" kvotasından geri qalması gündəlik 90 min bareli üstələyib

Azərbaycanda neft hasilatı bu ilin yanvar ayında gündəlik 550 min barel təşkil edib və ötən ilin dekabr səviyyəsindən 90 min barel çoxdur.

Bu barədə "Report" Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatına istinadən xəbər verir.

IEA analitiklərinin hesablamalarına görə, Azərbaycanın yanvar ayında neft hasilatı "OPEC+" sazişi çərçivəsində planda nəzərdə tutulandan gündəlik 1 min barel geri qalıb.

Azərbaycanın "OPEC+" sazişi çərçivəsində bu il üçün neft hasilatı kvotası gündəlik 551 min barel təşkil edir.

Избранный
45
2
far.az

3Источники