RU

Japarov Təhlükəsizlik Komitəsinin rəhbərinin istefaya göndərilməsinin səbəbini açıqlayıb

Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Kamçıbek Taşiyevin istefaya göndərilməsi barədə qərar dövlətdəki sakitlik naminə qəbul edilib.

"Report" xəbər verir ki, bu barədə ölkə prezidenti Sadır Japarov "Kabar" informasiya agentliyinə müsahibəsində bildirib.

"Dostluğumuz qalır. Taşiyevin istefası barədə qərar dövlətin sakitliyi və xalqın həmrəyliyi naminə qəbul edilib. Onu vəzifədən azad etməzdən əvvəl dostuma zəng edib vəziyyəti izah etdim. Belə sürətli qərarla mən onun özünü qorumuş oldum. Səbəb ondadır ki, ətrafı onu yanlış yola yönəltmişdi", - deyə Japarov qeyd edib.

Onun sözlərinə görə, Taşiyevin istefasına bəzi siyasətçilərin parlament deputatlarını "Taşiyevin komandası" və "dövlət başçısının komandası"na bölmək cəhdi səbəb olub.

"Hər şey Joqorku Keneşdən (parlament – red.) başladı. Bəzi deputat qrupları deputatları dəvət edərək onları "sən generalın tərəfindəsən, yoxsa prezidentin?" prinsipi ilə bölməyə başladılar. Əgər operativ və qətiyyətli tədbirlər görməsəydim, parçalanma sadə xalqa da keçə bilərdi. Ona görə də belə bir qərar qəbul etməli oldum", - deyə Japarov vurğulayıb.

Xatırladaq ki, fevralın 10-da Japarov 2020-ci ilin oktyabrından bu vəzifəni tutan Taşiyevi istefaya göndərib.

Избранный
26
far.az

1Источники