RU

ŞKTR Prezidenti: Ada ilə bağlı prosesin sonsuz müzakirəyə çevrilməsini əngəlləmək istəyirik

Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Tufan Erhürman bildirib ki, ada ilə bağlı aparılan prosesin sonsuz müzakirələrə çevrilməsinin qarşısını almaq istəyir.

“İki sahil” xəbər verir ki, T. Erhürman bu barədə BMT-nin Baş katibi Antonio Quterreşlə Nyu-Yorkda keçirdiyi görüşdən sonra ölkənin Ercan Hava Limanında təşkil olunan brifinqdə danışıb.

O, BMT Baş katibi ilə görüşün nəticəyönümlü keçdiyini bildirərək A. Quterreşin Kipr məsələsinə diqqətlə yanaşdığını qeyd edib.

ŞKTR Prezidenti yunan tərəfinin müzakirələri başdan başlatmaq istəyinin prosesin uzadılması niyyətindən qaynaqlandığını vurğulayıb. Onun sözlərinə görə, nəticə əldə etmək üçün prosesin davamlılığını təmin etmək vacibdir.

"Prosesin sonsuz müzakirəyə çevrilməsini əngəlləmək istəyirik", - T. Erhürman bildirib.

O sözügedən mövqenin Türkiyə tərəfindən diktə edildiyi yönündəki iddiaları təkzib edib: "Əgər maneə axtarılırsa, o mənəm. Məsələnin Türkiyə ilə əlaqəsi yoxdur".

Избранный
14
1
ikisahil.az

2Источники