RU

İndiyədək 25 mindən çox ukraynalı hərbçiyə təlim keçirilib

Yazını böyüt
Yazını kiçilt

Almaniya Silahlı Qüvvələri Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra 25 mindən çox ukraynalı hərbçiyə təlim keçib.

Hafta.az xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyindən “Bild” qəzetinə bildirilib.

Ukraynalı hərbçilərə təlimlərin keçilməsinə 2022-ci ilin oktyabrından başlanılıb. Alman ordusunun generalı Olaf Rohde əsas diqqətin quru döyüş əməliyyatlarına yönəldiyini, tank heyətləri, briqada qərargahları və tibbi personalın hazırlandığını açıqlayıb. Bununla belə ən böyük ehtiyacın komandan heyəti ilə bağlı olduğu vurğulanıb.

Əsas diqqət ixtisaslı mütəxəssislərin hazırlanmasına yönəlib. Daha böyük hərbi birliklərə isə Polşadakı Birləşmiş Qoşun Növləri Təlim Komandanlığı (Combined Arms Training Command) tərəfindən təlimlər keçirilir.

Избранный
2
2
hafta.az

3Источники