RU

Erlinq Haland Mançester Siti nin tarixində bunu bacaran 4 cü futbolçu oldu

sport24.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Mançester Siti"nin hücumçusu Erlinq Halandın Premyer Liqanın 26-cı turunda "Fulhem"in qapısına (3:0) vurduğu qol, hücumu üçün əlamətdar olub. Sport24.az xəbər verir ki, bu barədə klubun sosial media hesabında məlumat yayılıb. Norveçli forvard "Siti" karyerasında  153-cü dəfə fərqlənib.

Bununla da Haland "Mançester Siti"nin bütün zamanların ən çox qol vuran oyunçuları siyahısında dördüncü yerə yüksəlib. O, 1960-cı və 1970-ci illərdə "şəhərlilərin" formasını geyinmiş Kolin Bellə çatıb. Zirvədə isə argentinalı hücumçu Serxio Aquero qərarlaşıb. 

Qeyd edək ki, Erlinq bu mövsüm İngiltərə Premyer Liqasında 26 oyun keçirib, 22 qol vurub və 6 məhsuldar ötürmə edib. 25 yaşlı futbolçu Çempionlar Liqasında 8 oyunda 7 qol vurub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
29
sport24.az

1Источники