RU

Sürücü sükan arxasında həyatını itirdi – Mikroavtobus qəzaya uğradı

Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az-ın xəbərinə görə, hadisə şəhərin Cəmil Əliyev küçəsində qeydə alınıb.

 

Belə ki, sərnişin daşıyan “Ford” markalı mikroavtobusun sürücüsü sükan arxasında qəfil vəfat edib. Nəticədə idarəetmədən çıxan nəqliyyat vasitəsi yol kənarında dayanmış minik avtomobilinə çırpılıb.

 

İlkin ehtimala görə, mikroavtobusun sürücüsü, 1962-ci il təvəllüdlü Elxan Salahov ürək tutmadan vəfat edib.

 

Faktla bağlı araşdırma aparılır.(qafqazinfo)

Избранный
16
7
nocomment.az

9Источники