RU

"The Economist": ABŞ Kubaya məhdud həcmdə yanacaq göndərə bilər

BAKI, 13 fevral. TELEQRAF

“The Economist” jurnalı bir neçə mənbəyə istinadən ABŞ-nin Kubaya az miqdarda yanacaq göndərilməsi imkanını nəzərdən keçirdiyini yazıb.

Teleqraf xəbər verir ki, nəşrin məlumatına görə, söhbət yemək bişirmək üçün qazdan və ya su təchizatı infrastrukturunun işləməsini təmin etmək məqsədilə dizel yanacağından gedə bilər. Jurnal qeyd edir ki, Vaşinqtonun ada üçün belə bir güzəşti ABŞ dövlət katibi Marko Rubionun Kubaya təsir imkanlarını artıra və humanitar böhranın qarşısını almağa kömək edə bilər.

“The Economist”in qənaətinə görə, ABŞ-nin Kubaya qarşı blokadasının bundan sonra hansı ssenari üzrə inkişaf edəcəyi böyük ölçüdə Amerika diplomatiyasının rəhbərindən asılı ola bilər. Vaşinqtonda ümid edirlər ki, yanacaq blokadası Kuba hakimiyyətini danışıqlar masasına əyləşməyə vadar edəcək. Lakin bu tədbirlər nəticə verməsə, Marko Rubio daha sərt mövqe tutmaq tələbi ilə ciddi təzyiq altında qala bilər. Nəşr yazır ki, bu isə əks təsir göstərə, onu humanitar böhranın və kubalı “qayıq qaçqınları”nın yeni dalğasının simasına çevirə bilər.

Məlumata görə, ABŞ Kubaya qarşı blokadanı bərpa edərək respublikanın kommunist hökumətini bu və ya digər yolla devirmək niyyətini bəyan edib. Xüsusilə, Vaşinqton adada artıq qıt olan yanacağın istənilən tədarükünə embarqo tətbiq edib. Bildirilir ki, ABŞ daha əvvəl Meksika və Venesueladan Kubaya neft tədarükünün dayandırılmasına nail olub.

Bu fonunda ABŞ administrasiyası həmçinin Kubaya yanacaq tədarük etməyə cəsarət edəcək ölkələrdən gətirilən mallara proporsional idxal rüsumları tətbiq etmək niyyətini açıqlayıb. Bununla belə, Rusiyanın Havanadakı səfirliyi Moskvanın yaxın vaxtlarda Kubaya humanitar yardım kimi neft və neft məhsullarının tədarükünə başlayacağını bildirib.

Kuba prezidenti Migel Dias-Kanel isə vurğulayıb ki, Havana Vaşinqtonla miqrasiya sahəsində texniki təmaslar istisna olmaqla danışıqlar aparmır, lakin ciddi və məsuliyyətli dialoqa hazır olduğunu saxlayır.

Избранный
21
teleqraf.com

1Источники