RU

Rubio Macarıstan və Slovakiyanın Rusiyadan enerji idxalını dayandırmağı istəyəcək

BAKI, 13 fevral. TELEQRAF

ABŞ-nin dövlət katibi Marko Rubio Macarıstan və Slovakiya rəhbərliyi ilə bu ölkələrin Rusiya mənşəli enerji resurslarının idxalını dayandırması məsələsini müzakirə etməyi planlaşdırdığını bildirib.

Teleqraf xəbər verir ki, o, Avropaya- Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün səfərə yollanmazdan əvvəl jurnalistlərin suallarını cavablandırarkən qeyd edib ki, bu mövzuda həmin ölkələrlə danışacaqlar və hansı addımların atılmalı olduğunu müzakirə edəcəklər.

Rubio əlavə edib ki, görüşlərdə nələrin müzakirə olunacağı ilə bağlı detallara varmaq istəmir, lakin vurğulayıb ki, söhbət ABŞ ilə fəal əməkdaşlıq edən, Vaşinqtonu güclü şəkildə dəstəkləyən və onunla sıx işləyən ölkələrdən gedir.

Избранный
30
teleqraf.com

1Источники