RU

Özbəkistanda saxta “çağrı mərkəzləri” ƏMƏLİYYATI: 34 nəfər HƏBS EDİLDİ – FOTO

Özbəkistanda çağrı mərkəzləri vasitəsilə rusiyalıları aldadan dəstə ifşa olunub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Özbəkistanda mütəşəkkil cinayətkar dəstənin 34 üzvü 9,5 ilədək müddətə azadlıqdan məhrum edilib.

Məhkəmə materiallarına görə, onlar Daşkənd və Fərqanə şəhərlərində fəaliyyət göstərən 3 çağrı mərkəzi vasitəsilə Rusiya vətəndaşlarına qarşı genişmiqyaslı dələduzluq əməlləri törədiblər.

Cinayətkarlar bioloji fəallığa malik qida əlavələri (BFA) alan şəxslərə zəng edərək, həmin preparatların təsirsiz olması səbəbindən onlara mənəvi ziyana görə kompensasiya veriləcəyini vəd ediblər.

Lakin bu vəsaiti almaq üçün vətəndaşlardan əvvəlcə müəyyən məbləğdə “vergi” ödəmələri tələb olunub.

Alınan məlumatlara görə, fırıldaqçılar bu yolla ümumilikdə 9,6 milyon rubl (təxminən 211 340 manat) məbləğində vəsaiti mənimsəyiblər.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
101
interpress.az

1Источники