RU

KİV: Tramp Ukrayna danışıqlarından imtina edə bilər

BAKI, 13 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp yaxın vaxtlarda Ukraynadakı münaqişənin nizamlanması üzrə danışıqlardan çıxa bilər.

Teleqraf xəbər verir ki, bu barədə “The Atlantic” jurnalı məlumat yayıb.

Nəşrin iddiasına görə, Tramp qarşıdakı həftələrdə diqqətini ABŞ-dəki seçki kampaniyasına yönəldəcək və bu səbəbdən Ukrayna məsələsi arxa plana keçə bilər.

“O, danışıqların onun üçün uduşlu olmadığını qərara ala bilər. Bu halda diplomatiyanın iflasına görə məsuliyyəti münaqişə tərəflərindən birinin və ya hər ikisinin güzəştsiz mövqeyi ilə əsaslandıraraq prosesdən çıxa bilər”, - deyə nəşrdə bildirilir.

Избранный
28
teleqraf.com

1Источники