RU

Tramp: İranla saziş gələn ay bağlana bilər

ain.az, Modern.az portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Tramp İranla mümkün sazişin vaxtı ilə bağlı açıqlama verib.

Modern.az xəbər verir ki, Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Tramp razılaşmanın mart ayında imzalana biləcəyini bildirib: “Yəqin ki, gələn ay ərzində”.

O, danışıqların nəticəsiz qalacağı təqdirdə İran üçün ağır mərhələnin başlayacağını da istisna etməyib: “İranlılarla lazım olduğu qədər danışacağam. Əgər saziş əldə olunmasa, ikinci mərhələyə keçəcəyik. Bu mərhələ onlar üçün çox ağır olacaq. Mən bunu istəmirəm”.

Qeyd edək ki, İran və ABŞ arasında son danışıqlar fevralın 6-da Omanda baş tutub. Tramp görüşü uğurlu adlandırıb və dialoqun davam etdiriləcəyini vurğulayıb. İranın xarici işlər naziri Abbas Əraqçi də müzakirələri müsbət qiymətləndirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
31
modern.az

1Источники