RU

Kim Çen Inın qızı varis elan oluna bilər

BAKI, 13 fevral. TELEQRAF

Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti (NIS) hesab edir ki, KXDR-də Şimali Koreya lideri Kim Çen Inın qızı Kim Çju Enin onun varisi kimi faktiki təyin olunması prosesi gedir.

Teleqraf xəbər verir ki, bu barədə “Ryonhap” agentliyi diplomatlara istinadən məlumat yayıb.

Bildirilir ki, müvafiq informasiya parlamentin kəşfiyyat üzrə komitəsinin qapalı iclasında təqdim edilib.

“Əvvəllər Milli Kəşfiyyat Xidməti ‘varisin hazırlanması’ ifadəsini işlədirdi, lakin bu gün ‘varis təyin olunması mərhələsi’ formulu səsləndirildi”, — deyə “Vətəndaş Gücü” partiyasından deputat Li Son Qvon bildirib.

Избранный
43
teleqraf.com

1Источники