ain.az, 525.az saytına istinadən bildirir.
Los-Anceles dairəsində son 100 ildə ilk dəfə canavar peyda olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kaliforniya balıqçılıq və vəhşi təbiət departamenti məlumat yayıb.
Qurumun əməkdaşı Aksel Hannikattın bildirdiyinə görə, bu, 3 yaşlı dişi canavardır. Ötən ilin mayında Tulare dairəsində ona GPS-boyunbağı taxılmışdı. Məhz həmin boyunbağı vasitəsilə canavarın hərəkətini izləmək mümkün olub. Güman ki, dişi canavar bu ərazidə cütləşmək üçün axtarışa çıxıb. Yeri gəlmişkən, hazırda Kaliforniya ərazisində canavarların sayı o qədər də çox deyil. Cəmi 60 baş civarında olan vəhşilərin hər birinə GPS-boyunbağı taxılıb.
Qeyd edək ki, Los-Ancelesdə axırıncı dəfə 1924-cü ildə canavar görünüb. Məhz həmin il sonuncu canavarın öldürülməsi faktı sənədlərdə əks olunub.
L.Tağıyeva
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.