RU

Kiyevdən inanılmaz: Ərazi Rusiyaya verilir, yeni xəritə belə olacaq

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kiyev müəyyən hallarda Moskva ilə sülh müqaviləsi çərçivəsində Donbas üzərində nəzarətdən imtina etməyə hazır ola bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin iki müşaviri Amerikanın “The Atlantic” jurnalına açıqlama verib.

Onların sözlərinə görə, bu ən çətin güzəştlərdən biri olacaq və hakimiyyət bunun qanuniləşdirilməsi üçün bu yaz keçiriləcək Prezident seçkiləri ilə eyni vaxtda milli referendum keçirməyi planlaşdırır.

“Prezident Administrasiyasının rəhbəri vəzifəsini icra edən Kirill Budanovun rəhbərlik etdiyi danışıqlar qrupu ərazi məsələlərində sələflərinə nisbətən daha çevik yanaşır. Bankova küçəsində keçirilən qapalı görüşlərdə iştirak edən bir məmur jurnalistlərə bildirib ki, onlar, həqiqətən, yaradıcıdırlar və bunu xalq üçün məqbul hala gətirməyin yollarını axtarırlar”, – deyə onlar qeyd edib.

Onların sözlərinə görə, hazırda hüquqşünaslar şərq ərazilərinin faktiki itirilməsini ictimaiyyətin razılığı ilə rəsmiləşdirmək üçün mexanizmlər üzərində işləyirlər.

“Bu, baş verərsə, Donbas itiriləcək və faktiki olaraq Ukrayna xəritəsi dəyişəcək. Bu ən çətin güzəştlərdən biri olacaq”.

Tahir Turan

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
17
globalinfo.az

1Источники