RU

İşğaldan əvvəlki son şans: müharibəni 2022 də bitirmək mümkün idi?

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Co Bayden 16 fevral 2022-ci ildə Volodimir Zelenskini Rusiyanın mümkün işğalı barədə xəbərdar edib, lakin Ukrayna Prezidenti buna inanmayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ jurnalisti Saymon Şuster “The Atlantic” nəşrində dərc olunan geniş məqaləsində yazıb.

Jurnalistin xatırlatdığına görə, Zelenski həmin gün ordunu səfərbər etmək və ya əhalini təxliyəyə çağırmaq əvəzinə 16 fevralı “Birlik Günü” elan edib. O, ukraynalıları bayraqlar asmağa və dövlət himnini oxumağa çağırıb.

“Bizə dedilər ki, 16 fevral hücum günü olacaq. Biz isə onu birlik gününə çevirəcəyik”, – nəşr Zelenskidən sitat gətirir.

“The Atlantic” qeyd edir ki, tammiqyaslı işğal başladıqdan və 2022-ci ilin noyabrında Rusiya qoşunlarının uğursuzluqlarından sonra müharibəni daha az itki ilə başa çatdırmaq üçün imkan var idi, lakin həmin fürsətdən istifadə olunmadı.

“Zaman keçdikcə Ukrayna zəiflədi və bu, danışıqlarda mövqelərinin pisləşməsinə səbəb oldu. Zelenski buna görə təəssüf edirmi? O, 2022-ci ilin sonunda razılaşma əldə etmək fürsətindən istifadə etmək istərdimi?”, – məqalənin müəllifi sual verib.

Aysel Əliyeva

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
22
globalinfo.az

1Источники