RU

"Sumqayıt" yeni hücumçusunun müqavilə detallarını açıqladı

"Sumqayıt" futbol klubu Burkina Faso milli komandasının üzvü Sedrik Badolo ilə imzalanan müqavilənin təfərrüatını ictimaiyyətə təqdim edib.

Azreform.info xəbər verir ki, bu barədə klubun mətbuat xidməti rəsmi açıqlama yayıb.

Son olaraq Slovakiyanın "Spartak Trnava" klubunda çıxış edən 28 yaşlı hücumçu ilə 2026/2027-ci illər mövsümünün sonunadək qüvvədə olacaq müqavilə imzalanıb. Sazişdə müqavilə müddətinin gələcəkdə daha bir il uzadılması ilə bağlı bənd də yer alıb.

Xatırladaq ki, S.Badolo peşəkar karyerası ərzində "Spartak Trnava" ilə yanaşı, Burkina Fasoda "Salitas", Moldovada "Şerif" və Slovakiyada "Poqronye" klublarında çıxış edib. Təcrübəli futbolçu Burkina Faso milli komandasının heyətində 30 oyunda meydana çıxıb.

Избранный
11
2
azreform.info

3Источники