RU

Rusiya beş ukraynalı uşağı ölkələrinə qaytaracaq

Rusiya beş ukraynalı uşağı ölkələrinə qaytaracaq.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın uşaq ombudsmanı Mariya Lvova-Belova öz "Telegram" kanalında yazıb.

Onun sözlərinə görə, söhbət 4-15 yaşlarında dörd oğlan və bir qız uşağından gedir. Ailələrin qovuşması təşəbbüsü çərçivəsində isə bir uşaq Ukraynadan Rusiyaya qaytarılacaq.

O, uşaqların ailələri ilə qovuşması işində dəyişməz sadiqliyinə və fəal iştirakına görə ABŞ-nin birinci xanımı Melaniya Trampa təşəkkür edib.

"Onun koordinasiyası sayəsində bu qovuşmaları sürətləndirmək və gələcəkdə daha operativ prosesin əsasını qoymaq mümkün olub", - M. Lvova-Belova yazıb.

Избранный
5
2
publika.az

3Источники