RU

Zelenski: Rusiya energetika obyektlərinə kütləvi zərbələr endirib

Moderator.az saytına istinadən ain.az xəbər verir.

Rusiya ordusu fevralın 12-nə keçən gecə Ukraynanın enerji obyektlərinə 25 ballistik və bir qanadlı raket, həmçinin 200-dən çox dron tətbiq edərək zərbələr endirib.

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün "Telegram" kanalında məlumat yayıb.

"Energetikaya növbəti kütləvi zərbə - yenə çox sayda ballistik raketdən istifadə olunub. Rusiyanın bütün bu vasitələrinin əksəriyyəti məhz energetika obyektlərinə qarşı yönəlmişdi: bu gecə 24 ballistik raket, daha bir qanadlı raket, həmçinin 200-dən çox dron buraxılıb", - deyə o yazıb.

Zelenski bildirib ki, hazırda Kiyev, Odessa və Dnepropetrovskda zərbələrə məruz qalan infrastrukturun bərpası işləri aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
19
4
moderator.az

6Источники