RU

Bakıda yeni çəkiləcək yollarla bağlı vacib xəbər

"20 Yanvar" və "Şamaxinka" istiqamətində nəzərdə tutulan tunel və digər yol layihələri Bakı şəhərində nəqliyyat sıxlığının azaldılmasına xidmət edir.

Publika.az Baku.ws-ə istinadən xəbər verir ki, bu layihələr 2025-2030-cu illər üzrə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramı çərçivəsində həyata keçirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ümumilikdə 25 yol infrastrukturu layihəsi icra olunur. Onlardan dördündə tikinti işlərinə artıq başlanılıb, bir neçəsində isə yaxın vaxtlarda işlərə start veriləcək.

Pirşağı layihəsi - yeni nəqliyyat arteriyası

Əsas layihələrdən biri Pirşağı istiqamətində həyata keçirilir. Bu yol Bakı-Quba-Rusiya sərhədi magistralını Bakı-Şamaxı-Yevlax yolu ilə birləşdirəcək və Abşeron yarımadasında yeni nəqliyyat bağlantısı yaradacaq. Layihə çərçivəsində dəmir yolunun altından tunel inşa olunur. Bu, sürücülərə Bakı şəhərinə daxil olmadan şimal və şimal-qərb istiqamətlərində rahat hərəkət imkanı verəcək.

Избранный
24
4
publika.az

7Источники