RU

Milli İncəsənət Muzeyində Elmira Axundovanın yaradıcılıq gecəsi keçirildi (FOTO)

Bakı. Trend:

Azərbaycan Milli İncəsənət Muzeyində muzeyin və Yasamalrayonunun Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) birgətəşkilatçılığı ilə xalq yazıçısı, əməkdar jurnalist, publisist vəictimai-siyasi xadim, dövlət ordenləri və beynəlxalq mükafatlarlaureatı Elmira Axundovanın yaradıcılıq gecəsi təşkil olunub.

Trend Life-ın məlumatına görə, “Muzeydə mühazirə” formatındanəzərdə tutulan iki saatlıq tədbir canlı və maraqlı interaktivtəqdimata çevrilib.

Ədəbi qiraətlər, xatirələr, yazıçının yaradıcılıq yolu haqqındasöhbətlər auditoriya ilə dialoq şəraitində aparılıb, gəncistedadların musiqi nömrələri isə Ulu Öndər Heydər Əliyevin sevdiyibəstələrlə üzvi şəkildə təqdim olunub.

Gecənin aparıcısı tarix üzrə fəlsəfə doktoru, AzərbaycanJurnalistlər Birliyinin üzvü, Yasamal rayon MKS-nin direktoruLətifə Məmmədova olub. O, Elmira Axundovanın uzunillik və məhsuldarfəaliyyətindən bəhs edərək bildirib ki, yazıçının bioqrafikaraşdırmaları və publisistikası ilə tanınan əsərlərində ÜmummilliLider Heydər Əliyev və onun həyat yoldaşı, görkəmli alim ZərifəƏliyeva, Prezident İlham Əliyev, Birinci vitse-prezident MehribanƏliyeva, xalq yazıçıları İmran Qasımov, İsmayıl Şıxlı, Mirzəİbrahimov, Natiq Rəsulzadə və Anar, şair-jurnalist Tahir Aslanlı,dünya şöhrətli yazıçı Olcas Süleymenov, fotomüxbir, əməkdarmədəniyyət işçisi Fərid Xayrulin, KVN komandasının kapitanı AnarMəmmədxanlı, dünyada ilk və ən böyük Miniatür Kitab Muzeyininyaradıcısı Zərifə Salahova və digər tanınmış şəxslər yer alır. Onunfəaliyyətində Azərbaycan klassiklərinin və müasir müəlliflərinəsərlərinin rus dilinə bədii tərcümələri də xüsusi əhəmiyyətdaşıyır.

Elmira Axundovanın genişmiqyaslı tədqiqat və kitablarında əsasfiqur daim Ulu Öndər Heydər Əliyev olub. Yazıçı onunla şəxsiünsiyyətdə olduğunu, xarici səfərlərdə müşayiət etdiyini vədövlətçilik naminə fədakar fəaliyyətinin şahidi olduğunuvurğulayıb. Heydər Əliyevə həsr olunan fundamental nəşrlərsilsiləsi tarixi şəxsiyyətin böyüklüyünü, daxili dünyasınınzənginliyini və yüksək mənəvi keyfiyyətlərini əks etdirir.

Tədbirdə fəxri qonaqlar – xalq yazıçısı Natiq Rəsulzadə, xalqartisti Aleksandra Nikuşina və digər ziyalılar çıxış edərək ElmiraAxundovanın müasir ədəbiyyat və publisistikanın inkişafına verdiyitöhfələrdən danışıblar. Gecə çərçivəsində yazıçının yaradıcılığınahəsr olunmuş videoçarx və şəxsi arxivi əsasında hazırlanmış virtualfotoalbom nümayiş etdirilib.

Tədbirin sonunda Elmira Axundova iştirakçılara öz kitablarınıhədiyyə edib.

İnformasiya dəstəyi – Trend.Az, Day.Az, Milli.Az,Azernews.Az.

Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Избранный
141
1
az.trend.az

2Источники