RU

Moldova Parlamentinin sədri Rusiya səfiri barədə sərt sözlər dedi

Ayna portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Təkəbbürlük. Həyasızlıq. İmperator Rusiya kobudluğu: ikonalarla əhatə olunmuş, spirtli içki və siqarla”

"Təkəbbürlük. Həyasızlıq. İmperator Rusiya kobudluğu: ikonalarla əhatə olunmuş, spirtli içki və siqarla. Əlbəttə ki, yeməklə". AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Moldova Parlamentinin sədri İqor Qrosu Rusiyanın Kişinyovdakı səfiri Oleq Ozerovun spirtli içki içərkən və ikonalarla əhatə olunarkən verdiyi müsahibəni şərhində deyib.

Xatırladaq ki, Rusiya Moldovadakı səfiri ilə video müsahibə internetdə yayılıb. Müsahibə zamanı Rusiya səfiri viski içib və siqar çəkib. Ozerov Rusiya rəhbərliyinin Moldova ilə bağlı mövqeyi barədə məlumat verib.

"Biz Moldova Respublikasının Ukraynanın yolunu tutmasını tövsiyə etmirik", - deyə Ozerov Rusiya Prezidentinin sözçüsü Dmitri Peskovun sözlərini sitat gətirib və əlavə edib ki, “bu, Moskvanın münasibətini əks etdirən çox yumşaq və nəzakətli ifadə tərzidir".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
40
ayna.az

1Источники