RU

“HHM-ni gücləndirmək üçün silahlı qüvvələrin yeni qolu yaradılacaq” - Sırski

Ukrayna ordusunda silahlı qüvvələrin yeni qolu yaradılacaq. Bu bölmələr hazırda vəzifələrinin öhdəsindən gələ bilməyən hava hücumundan müdafiə sistemini dəstəkləmək üçün nəzərdə tutulub.

Herbiand.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski söyləyib.

Baş Komandan bildirib ki, hava hücumundan müdafiə sistemi çox çətin şəraitdə işləyir və son iki ildə onun effektivliyi təxminən 74% səviyyəsində qalıb: “Buna görə də Ukrayna komandanlığı hava hücumundan müdafiə sisteminin pilotsuz komponentini gücləndirmək niyyətindədir. Zenit-raket qüvvələri ilə vacib obyektlərin qorunmasına cavabdeh olacaq silahlı qüvvələrin yeni qolu arasında funksiyaların yenidən bölüşdürülməsi planlaşdırılır”.

Bəxtiyar CƏFƏRLİ

Избранный
76
herbiand.az

1Источники