Yolun axşam saatlarında buz bağlaması onlarla yük avtomobilinin yolda qalmasına səbəb olub.
Xezerxeber.az xəbər verir ki, Biləsuvar Sərhəd-Keçid məntəqəsi vasitəsilə İran tərəfinə keçmək istəyən sürücülər dünəndən bəri yolda qaldıqlarını deyirlər.
Axşam saatlarında hər iki istiqamət üzrə hərəkət tamamilə dayansa da, səhər saatlarında qarşı tərəfdən gələn avtomobillərin hərəkəti qismən bərpa edilib. Yolda qalanlara Kənd sakinləri Texnikalar vasitəsi ilə kömək ediblər.
Məsələ ilə bağlı 45 saylı Biləsuvar Yol İstismar İdarəsindən bildirilib ki, sözügedən ərazidə hərəkət edən avtomobillərin sayının çox olması yolun buz qatından təmizlənməsində çətinliklər yaradıb. Hazırda işlər davam etdirilir. Nəqliyyatın hərəkəti bərpa edilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.