RU

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIII tura start verilib

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIII tura start verilib.

"Far.Az" xəbər verir ki, turun ilk oyun günündə iki görüş baş tutub.

Əvvəlcə "Milli Aviasiya Akademiyası" "Azərreyl" kollektivinə 3:1 (25:16, 26:24, 29:31, 25:20) hesabı ilə qalib gəlib. Ardınca isə "DH Volley" komandası "Turan"ı 3:2 (25:23, 23:25, 25:10, 19:25, 15:13) hesabı ilə üstələyib.

Hər iki görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında keçirilib.

Qeyd edək ki, XIII tura fevralın 17-də yekun vurulacaq.

Избранный
12
far.az

1Источники