RU

Angela Merkel qayıdır- Almaniyanın prezidenti olma şansı yaranıb

Almaniyanın sabiq kansleri Angela Merkelin ölkə prezidenti olmaq şansları yaranıb. 

Azpost.info bildirir ki, Almaniya mediası Baş nazir Fridrix Merzin yaxın çevrəsinin üzvlərinin Merkelin prezidentliyə namizədliyi ilə bağlı şayiələrdən narahat olduqlarını bildirir.

Media “Yaşıllar” partiyasının onun namizədliyini təklif edə biləcəyini qeyd ediblər.

Alman politoloqu Aleksandr Rar bununla bağlı bildirib ki, Almaniyada prezident parlamentin iki palatasından ibarət olan Federal Məclis tərəfindən seçilir: “Bu Federal Məclisin tərkibinə baxdıqda, hakim partiyanın bloku – Xristian Demokrat İttifaqı (CDU) və Xristian Sosial İttifaqı (CSU), eləcə də Sosial Demokratlar (SPD) çoxluğa malik deyillər. Prezidentliyə namizəd irəli sürmək üçün əlavə səslər və ya ən azı “Yaşıllar” və ya solçulardan lazım olacaq”, – deyə Rar bildirib.

Politoloq bildirib ki, Merkel əgər həqiqətən də Almaniya prezidentliyinə namizədliyini irəli sürmək qərarına gəlibsə, hazırda “Yaşıllar”la danışıqlar aparır və onlar da onun namizədliyini dəstəkləyə bilərlər.

“Fakt budur ki, Almaniyada növbəti prezidentin qadın olması barədə fikir birliyi var. Buna görə də, Merkelin Almaniya prezidenti olmaq şansları həqiqətən də artır. Rəqabət həmişə mövcud olsa da, onun rəqibləri azdır”, – deyə Rar qeyd edib.

Politoloq həmçinin əlavə edib ki, Merkelin namizədliyi Almaniyada, eləcə də bütövlükdə Avropa Birliyində çoxları tərəfindən müsbət qarşılanacaq.

Angela Merkel 22 noyabr 2005-ci ildən 8 dekabr 2021-ci ilə qədər kansler vəzifəsində çalışıb. O, bu vəzifəni tutan ilk qadın və Almaniya tarixində ən uzun müddət xidmət edən üçüncü qadın olub.

17 iyul 2024-cü ildə Merkel 70 yaşını qeyd edib. 2024-cü ilin dekabrında o, XDİ lideri Fridrix Merzi kanslerliyə namizəd kimi açıq şəkildə dəstəkləyib.

Almaniya prezident seçkiləri 2027-ci ilin fevral ayında keçirilməsi planlaşdırılır.

AzPost.az

Избранный
18
1
azpost.info

2Источники