RU

2 5 yaş arası övladı olan valideynlərin NƏZƏRİNƏ

Baku.ws saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"2–5 yaş dövrü uşağın həm fiziki, həm psixi, həm də nevroloji inkişafının ən intensiv mərhələsi hesab olunur.

Bu yaş aralığında beyin strukturları sürətlə formalaşır, sinaptik əlaqələr artır, nitq, davranış və emosional özünüifadə mexanizmləri aktiv inkişaf edir".

Bu barədə həkim, nevroloq Vüsalə Nuriyeva BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, bu dövrdəki aqressiya və emosional dalğalanmalar sadəcə "şıltaqlıq" deyil, beyin qabığının inkişafı ilə bağlı olan ciddi bir keçid prosesidir:

"Uşaq inkişafında 2 yaşdan 5 yaşa qədər olan dövrü "neyrobioloji fırtına" adlandırmaq olar. Bu yaşlarda uşaqların beynində neyronlararası əlaqələr o qədər sürətlə qurulur ki, uşağın emosional tənzimləmə mexanizmi bu sürətə yetişə bilmir. Nəticədə qarşımıza aqressiya, qəfil ağlama krizləri və idarəolunmaz emosiyalar çıxır", - deyə Vüsalə Nuriyeva bildirib.

Nevroloji baxımdan bunun bir neçə əsas səbəbi var

Həkim deyir ki, inkişaf sıçrayışı dövrundə uşaqda qısa müddətdə nitqində motor bacarıqlarında sosial münasibətlərində idrak fəaliiyətində kəskin irəliləyiş baş verir.

"Bu proses zamanı beyin yüksək aktivlik vəziyyətində olur və uşaqda tez yorulma, həssaslıq, səbəbsiz ağlama aqressiv reaksiyaıar meydana çıxır".

Həkim deyir ki, valideynləri ən çox qorxudan məqam budur:

"Həmişə valideynlər düşünürlər ki, "Uşağım böyüyəndə də aqressiv olacaq?". Bir nevroloq kimi deyə bilərəm ki, əksər hallarda bu, sadəcə inkişaf böhranıdır.

Lakin bəzi məqamlara diqqət yetirmək vacibdir: Yuxu pozuntuları: Beyin dincəlmədikdə emosional stabil olmaq qeyri-mümkündür.

Sensor həssaslıq: Bəzi uşaqlar səsə, işığa və ya toxunuşa qarşı həssas olurlar. Bu yüklənmə partlayış şəklində aqressiya ilə özünü büruzə verir.

Nevroloji müayinələrdə biz uşağın nitq inkişafına da xüsusi diqqət yetiririk".

Ziya SƏCCAD

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
14
1
baku.ws

2Источники