RU

ABŞ ın bu ölkədəki varlığı sona çatdı

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ Şərqi Suriyadakı Ət-Tanf hərbi bazasından qüvvələrini çıxarıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi amerikalı rəsmi şəxslərə istinadən məlumat yayıb.

Bildirilir ki, baza üzərində nəzarət artıq Suriya hökumət qüvvələrinə təhvil verilib.

Qeyd edək ki, İordaniya, İraq və Suriya sərhədlərinin kəsişməsində yerləşən Ət-Tanf bazası 2014-cü ildə ABŞ-ın rəhbərlik etdiyi Qərb koalisiyası tərəfindən yaradılmışdı. Məqsəd İŞİD qruplaşmasına qarşı mübarizə aparmaq idi.

Strateji əhəmiyyətə malik baza Dəməşq–Bağdad magistralına nəzarət etməyə imkan verirdi və regionda hərbi-siyasi balans baxımından mühüm mövqe sayılırdı. ABŞ qüvvələrinin bölgədən çıxması Suriyadakı vəziyyətə və regional güc balansına necə təsir edəcəyi baxımından diqqətlə izlənilir.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
20
globalinfo.az

1Источники