RU

Allahşükür Paşazadə ABŞ nümayəndələri ilə görüşdü (FOTO)

Bakı. Trend:

Fevralın 12-də Qafqaz Müsəlmanları İdarəsinin sədri ŞeyxülislamAllahşükür Paşazadə ABŞ-nin Əsas Amerika Yəhudi TəşkilatlarınınPrezidentləri Konfransının sədri Betsi Berns Kornun rəhbərliketdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Trend-ə QMİ-nin Mətbuat xidmətindən məlumatverilib.

Qeyd olunub ki, səmimi qəbula görə QMİ sədrinə minnətdarlığınıbildirən Betsi Berns Korn böyük nümayəndə heyəti ilə ölkəmizəsəfərə gəlməkdən məmnunluğunu ifadə edib. Azərbaycanın dinlərarasıəməkdaşlıq sahəsində zəngin təcrübəsini, tolerantlıq mühiti,multikultural dəyərləri barədə məlumatlı olduqlarını və bu baxımdanAzərbaycanın dini mühiti ilə yerində tanış olmaq fürsətini yüksəkdəyərləndirdiklərini ifadə edib.

Azərbaycanda keçirdikləri çoxsaylı görüşlər sırasındaAzərbaycanın, Qafqazın dini lideri ilə görüşün xüsusi yer tutduğunubildirən qonaqlar Şeyxülislamdan Azərbaycanın tolerantlıq modelibarədə danışmasını və bu modelə dünyanın başqa ölkələrində necənail olunması barədə fikir və mülahizələrini bölüşməsini xahişediblər.

Şeyxülislam A.Paşazadə Azərbaycanın dinlərarası dialoq vəəməkdaşlıq modelinin tarixi və müasir məqamlarına aydınlıq gətirib.Xüsusi vurğulayıb ki, tolerantlıq, etnik, dini tolerantlıq vəkonfessiyalararası mehriban münasibətlər Azərbaycanın həyatireallığıdır, bu bizim gündəlik həyat tərzimizdir və ölkəmizdəkidini konfessiyalar hər zaman – sevincli və kədərli günlərdə,Vətənimiz üçün mühüm məqamlarda bir yerdədirlər. 44 günlük Vətənmüharibəsi dövründə bütün dini konfessiyalardan olanvətəndaşlarımızın dövlətin ətrafında sıx birləşməsi, Vətən torpağıuğrunda çiyin-çiyinə mübarizə apararaq şəhid olduqlarını xatırladanŞeyxülislam A.Paşazadə müxtəlif din və etnik daşıyıcısı olanşəhidlərimizin müqəddəs xatirəsinin hər bir azərbaycanlınınqəlbində yaşadığını fəxarətlə qeyd edib.

Şeyxülislam A.Paşazadə xalqımızın tolerant ruhu iləmultikultural dövlətçilik siyasətinin dövlət rəhbərimizin müdriksiyasi iradəsi və dini-mənəvi dəyərlərə ali diqqət və qayğısınınbirlikdə Azərbaycanın nümunəvi tolerantlıq modelinin əsasını təşkiletdiyini xüsusi vurğulayıb. Bildirib ki, siyasi lider, öndərfaktoru olduqca vacibdir. Müstəqil Azərbaycanda dini tolerantlıqörnəyinin əsası Beynəlxalq Toleratlıq günü münasibətilə bütün dinikonfessiya rəhbərlərini bir araya gətirən Ulu Öndər Heydər Əliyevtərəfindən qoyulub. Prezident İlham Əliyev bu ənənəni daha dainkişaf etdirib, multikulturalizmi dövlət siyasəti səviyyəsindəbərqərar edib, insan həmrəyliyi, insan qardaşlığı prinsipləriniardıcıl, davamlı şəkildə təşviq edib.

Şeyxülislam A.Paşazadə daha bir mühüm məqama – sülh quruculuğuməsələsinə toxunaraq Azərbaycanda dövlətin və dini mərkəzin bölgədəsülhə nail olmaq yolunda bərabər çıxış etdiyi bir vaxtdaErmənistanda siyasi səylərə əks olaraq erməni kilsəsinin sülhədeyil, revanşizmə meyllənməsini dini tolerantlıq, dinc birgəyaşayışprinsiplərinə qətiyyən uyğun olmadığını və Bir Olan VahidYaradanımızın ideallarına zidd olduğunu təəsüflə qeyd edib.

Görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.

Allahşükür
Allahşükür
Allahşükür
Избранный
26
1
az.trend.az

1Источники