RU

ABŞ-ni dünyanın ən qüdrətli dövləti adlandırdı

NATO-nun Baş katibi Mark Rutte ABŞ-ni dünyanın ən qüdrətli dövləti adlandırıb.

"Ölkə.az" xəbər verir ki, o, bu barədə NATO müdafiə nazirlərinin Brüsseldə keçirilən görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.

Mark Rutte ABŞ-nin müdafiə naziri Pit Heqsetin Brüsselə gəlməməsinin səbəbini izah edərkən Vaşinqtonun qlobal məsuliyyətlərini vurğulayıb:

"ABŞ dünyanın ən böyük və ən güclü ölkəsidir. Müdafiə nazirinin görüşdə iştirak etməməsi ABŞ-nin eyni zamanda dünyanın digər regionları ilə də məşğul olmaq zərurətindən irəli gəlir".(teleqraf)

Избранный
8
2
olke.az

3Источники