ain.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
...SİA xəbər verir ki, Türkiyənin “Anadolu” Agentliyinin məlumatına görə, Səudiyyə Ərəbistanı və Türkiyə hərbi-sənaye əməkdaşlığını dərinləşdirməyə davam edərək, kruiz raketlərinin birgə istehsalına razılıq veriblər.
Xatırladaq ki, Səudiyyə Ərəbistanının ən böyük dövlət müdafiə şirkəti SAMI ilə Türkiyənin aparıcı raket istehsalçısı ROKETSAN arasında müqavilə Ər-Riyadda keçirilən 2026-cı il Dünya Müdafiə Sərgisində (WDS) imzalanıb.
Sənəd kruiz raketlərinin və tank əleyhinə idarə olunan raket sistemlərinin birgə istehsalı və marketinqini nəzərdə tutur.
Nəşrin qeyd etdiyi kimi, müqavilənin imzalanması Ankara və Ər-Riyadın hərbi texnologiyaların inkişafı, o cümlədən yeni nəsil inteqrasiya olunmuş müdafiə sistemlərinin yaradılması səylərinin bir hissəsidir.
Bu tədbir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman arasında Ər-Riyadda keçirilən görüşdən sonra baş tutub. Tərəflər beynəlxalq sülhün və sabitliyin qorunması üçün səylərin əlaqələndirilməsinin vacibliyini bir daha təsdiqləyiblər.
Qarşılıqlı narahatlıq doğuran beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Daha əvvəl bildirilib ki, Türkiyə və Səudiyyə Ərəbistanı dəniz əməkdaşlığını fəal şəkildə genişləndirir.
Əli Babayev
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.