Sportal.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
"Fənərbaxça" yayda hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, İstanbul nəhənginin əsas hədəfi icarə əsasında "Bavariya"da çıxış edən Nikolas Ceksondur. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Türkiyə klubu seneqallı forvardın müqavilə ilə məxsus olduğu "Çelsi" ilə ilkin danışıqlara başlayıb. 24 yaşlı hücumçu özü London klubundan ayrılmağa isti yanaşır.
Qeyd edək ki, "Bavariya" Nikolas Ceksonu 2025-ci ilin sentyabr ayında icarəyə götürüb. Seneqal millisinin üzvü Münhen təmsilçisinin heyətində meydana çıxdığı 21 rəsmi matçda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.