RU

“Məcbur olmadıqca evdən çıxmayın!” Fransa “Nils” fırtınası ilə mübarizə aparır

Bakupost portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Fransa son illərin ən şiddətli təbiət hadisələrindən biri ilə üz-üzədir. “Nils” fırtınası ölkənin cənub və cənub-qərb bölgələrində həyatın iflic olmasına səbəb olub. Beş vilayət ən yüksək səviyyə olan qırmızı həyəcan altındadır. Səlahiyyətlilər vətəndaşları xüsusilə evdən çıxmamağa çağırır.Bakupost.az “Agence France-Presse”yə istinadən xəbər verir ki, Fransa Meteorologiya Agentliyi “Nils” fırtınasının təsirinin davam etməsi səbəbindən Şərq Pireneyləri vilayətini də qırmızı həyəcan siyahısına əlavə edib. Hazırda fırtınanın təsir etdiyi bölgələrdə sel, daşqın, şiddətli külək, dalğa daşması, intensiv yağış və dağlıq ərazilərdə qar uçqunu riski mövcuddur. Bu səbəbdən nəqliyyatda ciddi pozuntular yaşanır, bir çox yerli idarələri, məktəbləri və ictimai xidmətləri müvəqqəti bağlayıb.Fırtına nəticəsində Landes bölgəsində üstünə aşan ağacın altında qalan yük maşını sürücüsü həlak olub. Tarn və Qaronnada bir dövlət işçisi ağır yaralanıb, Bayonnada isə bir nəfər yüngül xəsarət alıb. Daxili İşlər Nazirliyi təcili yardım qruplarının sahədə hazır vəziyyətdə olduğunu bildirib. Elektrik təminatçısı "Enedis" səhər saatları etibarı ilə 850 min evin elektriksiz olduğunu açıqlayıb, ən çox zərər çəkən bölgələr Yeni Akvitaniya və Oksitaniya olub.Fırtına nəticəsində, xüsusilə cənub istiqamətində qatarlar dayandırılıb. Bordo, Bayonna, Biarrits və Hendaye istiqamətinə gedən qatarlar işləməyib, bəzi bölgələrdə isə hərəkət tam dayandırılıb. Korsika adasında isə uçuş və gəmi səfərlərinin əksəriyyəti ləğv olunub. Səlahiyyətlilər qırmızı və narıncı həyəcan altında yaşayan vətəndaşlara məcbur olmadıqca evdən çıxmamağı, ağac və elektrik xətlərindən uzaq durmağı və rəsmi xəbərdarlıqları diqqətlə izləməyi tövsiyə ediblər.Cavid, BakuPost

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
20
www.bakupost.az

1Источники