RU

Salyanda bir ailənin dörd üzvü zəhərlənib, 11 yaşlı uşaq ölüb - YENİLƏNİB-2

Salyanda baş verən hadisə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nəzarətindədir.

Bu barədə "Report"un sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib.

Qeyd olunub ki, hadisənin səbəblərinin, həmçinin qida zəhərlənməsi olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə Agentliyin mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıb.

Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

Salyan rayonunun Çadırlı kəndində qidadan zəhərləndikləri ehtimal olunan bir ailənin üç üzvünün vəziyyəti açıqlanıb.

Şirvan Şəhər Mərkəzi Xəstəxanasından "Report"un sorğusuna cavab olaraq bildirilib ki, fevralın 12-si saat 01:20 radələrində zəhərlənmə şübhəsilə 3-ü qadın, 1-i kişi olmaqla 4 nəfər tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Qeyd olunub ki, onlara dəqiqləşdirilməmiş virus mənşəli bağırsaq infeksiyası diaqnozu təyin edilib.

Məlumata görə, pasiyentlərin huşu aydın və həyat göstəriciləri normal olaraq qiymətləndirilib. Onlara ilkin tibbi yardım göstərilib, bir neçə saat müşahidə altında saxlanıldıqdan sonra vəziyyətləri stabil qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar.

Vəziyyəti yenidən pisləşən 2015-ci il təvəllüdlü azyaşlı fevralın 12-si saat 15:00 radələrində xəstəxanaya hospitalizasiya olunub. Həkim heyəti tərəfindən azyaşlının bioloji ölüm faktı təsdiqlənib.

Hazırda digər 3 nəfərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyətləri stabil olaraq qiymətləndirilir.

Salyan rayonunun Çadırlı kəndində bir ailənin dörd üzvü zəhərlənib, 11 yaşlı uşaq xəstəxanada ölüb.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Sarxanbəyli kəndində qeydə alınıb.

Cəfərovlar ailəsinin dörd üzvü zəhərlənmə diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara zəruri tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Lakin kənd sakini, 2015-ci il təvəllüdlü Cəfərov Hüseyn Cavanşir oğlunun vəziyyəti pisləşdiyi üçün yenidən xəstəxanaya göndərilib. Xəstəxanaya çatdırılanadək həkimə qədər ölüm faktı qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Sabirabad rayonunun Sarxanbəyli kəndində qeydiyyatda olan ailə Salyanın Çadırlı kəndində yaşayır.

Избранный
16
3
far.az

8Источники