Bakıda yeni konseptli “EyeLab Optics” optika mərkəzi fəaliyyətə başlayıb. Mərkəz klassik optika anlayışından fərqli yanaşma ilə müştərilərə yalnız eynək seçimi deyil, görmə və göz sağlamlığı ilə bağlı bütün ehtiyacları bir ünvanda təqdim edir.Metbuat.az xəbər verir ki, “EyeLab Optics” göz baxımı və görmə sağlamlığı sahəsində geniş xidmət spektri ilə seçilir. Burada eynək seçimi və hazırlanması, kontakt linzalar və linza məhsulları, göz üçün nəmləndirici vasitələr və damcılar, xüsusi göz vitaminləri, eləcə də fərdi istifadə üçün göz masaj cihazları təklif olunur. Bununla yanaşı, ölkədə ilk dəfə olaraq səyyar optika xidməti təqdim edilir. Müştərilər evdə, iş yerində və ya istənilən məkanda eynək seçimi və hazırlanması xidmətindən yararlana bilirlər. Bu yanaşma xüsusilə vaxtı məhdud olan və ya rahatlığı üstün tutan şəxslər üçün nəzərdə tutulub. Mağazada klassik və müasir dizaynlı optik eynəklər, gün eynəkləri, kompüter üçün qoruyucu modellər, uşaq eynəkləri, kontakt linzalar və uyğun aksesuarlar mövcuddur. Hər bir eynək müştərinin üz quruluşu, gündəlik həyat tərzi və istifadə məqsədi nəzərə alınaraq hazırlanır.İstifadə olunan çərçivə və linzalar Avropa, Amerika, Yaponiya və Türkiyə istehsalı olan keyfiyyətli brendlərdən seçilir. Seçim zamanı rahatlıq, davamlılıq və estetik görünüş əsas meyar kimi götürülür. Təqdim olunan bütün məhsullar – eynəklər, linzalar, göz damcıları, nəmləndirici vasitələr, vitaminlər və baxım cihazları – sertifikatlı və etibarlı istehsalçılardan təmin olunur.Qiymət siyasətində əsas prinsip keyfiyyəti qorumaqla yanaşı, müxtəlif büdcələr üçün əlçatan seçimlər təqdim etməkdir. “EyeLab Optics” hər müştəri üçün dəyərli və optimal həll təklif etməyi hədəfləyir. Göz ölçümü müasir optik avadanlıqlarla, dəqiq və rahat şəkildə həyata keçirilir. Proses zamanı müştərinin gündəlik fəaliyyəti və görmə ehtiyacları nəzərə alınır ki, nəticə maksimum komfort və effektivlik təmin etsin. Gələcək planlar çərçivəsində göz baxımı məhsullarının çeşidinin artırılması və xidmətlərin daha geniş auditoriya üçün əlçatan edilməsi nəzərdə tutulur. Hazırda açılışa özəl endirim və kampaniyalar mövcuddur. Yeniliklər və xüsusi təkliflər sosial media hesabları vasitəsilə mütəmadi olaraq paylaşılır.Qeyd edək ki, “EyeLab Optics” Yusif Vəzir Çəmənzəminli 17 ünvanında yerləşir.Əlaqə vasitələri:010 100 02 05