RU

Məhəmməd Əbdülsalam Qazaxıstanın Bakı ilə İrəvan arasındakı sülh prosesinə töhfəsini qeyd edib

Müsəlman Ağsaqqalları Şurasının Baş Katibi Məhəmməd Əbdülsalam Qazaxıstanın Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətindəki səylərini yüksək qiymətləndirib.

AzNews.az xəbər verir ki, bu barədə Baş katib Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşdə bildirib.

Görüşdə Prezident Tokayev vurğulayıb ki, "Zayed İnsan Qardaşlığı Mükafatı" birlik və məsuliyyət ideallarının bərqərar olmasına xidmət edən ən nüfuzlu beynəlxalq mükafatlardan biri sayılır.

O, həmçinin mükafatın qlobal dialoq və əməkdaşlığın inkişafına töhfəsini qeyd edib.

"Öz növbəsində Məhəmməd Əbdülsalam Astanada keçirilən dünya və ənənəvi din liderlərinin qurultaylarının işində fəal iştirakını davam etdirmək niyyətini təsdiqləyib. Baş katib, liderləri bu il "Zayed İnsan Qardaşlığı Mükafatı" mükafatının laureatları olan Azərbaycan və Ermənistan arasında Qazaxıstanın sülh nizamlanması işində səylərini yüksək qiymətləndirib", - Qazaxıstan liderinin mətbuat xidmətinin məlumatında bildirilib.

Bundan əlavə, Kasım-Jomart Tokayev dinlərarası dialoqun inkişafına və humanitar dəyərlərin bərqərar olmasına verdiyi mühüm töhfəyə görə Məhəmməd Əbdülsalamın 1-ci dərəcəli "Dostluq" ordeni ilə təltif edilməsi haqqında fərman imzalayıb.

Избранный
6
1
aznews.az

2Источники