RU

Azərbaycan COP31-ə hazırlıqla bağlı ilk strateji planlama iclasında iştirak etdi - FOTO

11-12 fevral tarixlərində Türkiyənin İstanbul şəhərində COP31-ə hazırlıq ilə bağlı Türkiyə, Azərbaycan, Braziliya, Avstraliya və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Katibliyinin nümayəndə heyətlərinin iştirakı ilə ilk strateji planlama iclası keçirilib.

Milli.Az bu barədə Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Bildirilib ki, iclasda Azərbaycan nümayəndə heyətini xarici işlər nazirinin müavini, COP29-un Baş danışıqçısı Yalçın Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Bundan əlavə, tədbirin açılışında Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi və COP29-un Prezidenti Muxtar Babayev onlayn formatda iştirak və çıxış edib.

Qeyd olunub ki, tədbirdə COP31-in substantiv və logistik təşkili ilə bağlı Türkiyə tərəfinin hazırlığı və COP31-in sədri qismində Türkiyə ilə COP31-in danışıqlar prosesinə cavabdeh olan Avstraliya arasında əməkdaşlıq mexanizmi, eləcə də COP31-in uğurunun təmin edilməsi ilə bağlı müvafiq strategiyanın ilkin müzakirəsi baş tutub.

Eyni zamanda, tədbir çərçivəsində COP30-da qəbul edilmiş qərar əsasında yaradılmış "Belem 1,5 Missiyası" adlı Troykanın (Azərbaycan, Braziliya və Türkiyə) cari il ərzindəki fəaliyyəti ilə bağlı planlar barədə fikir mübadiləsi aparılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Избранный
13
14
milli.az

10Источники