RU

Ermənistanda separatçı qüvvələr yenidən fəallaşır: Suverenliyə müdaxilə?

Bakivaxti saytından alınan məlumata görə, ain.az bildirir.

Ermənistanda separatçı qüvvələr fəallaşıb. Məhkəmə keçmiş separatçı rejim lideri Samvel Şahramanyan barədə qərar çıxarıb və Qərbi Azərbaycan İcması bunu Azərbaycanın suverenliyinə hücum kimi qiymətləndirir.

Ermənistan məhkəməsi hansı əsasla başqa dövlətin daxili işlərinə müdaxilə edir?

Mövzu ilə bağlı Bakvıaxtı.az-a danışan politoloq İlqar Vəlizadə bildirib ki, Ermənistan hakimiyyəti təzadlı siyasətini hələ də davam etdirir. 

Ekspert vurğulayıb ki, məhz bu təzadlı siyasət özünü bu cür epizodlarla biruzə verir: 

“Son vaxtlar separatçı rejimin tör-töküntüləri aktivləşirlər. Xüsusən, Azərbaycanda hərbi məhkəmənin məlum qərarından sonra separatçı ünsürlər daha da aqressivləşib. Çünki yaxşı başa düşürlər ki, artıq heç bir halda separatçı addımlar ata bilməyəcəklər. Buna cəhd edəcəkləri təqdirdə ən sərt şəkildə cəzalandırılacaqlar".

İlqar Vəlizadə:  Ən azından hakimiyyət revanşist və separatçıların himayədarları ilə münasibətləri daha da gərginləşdirmək istəmir

Onun sözlərinə görə, Azərbaycan ərazisində hansısa qondarma separatçı rejim yaratmaq istəkləri tamamilə ortadan qaldırılıb:

"Artıq yeni dönəm, yeni mərhələ başlayıb. Hazırda Azərbaycan və Ermənistan arasında sülh prosesi irəlləyir, müəyyən ticari əlaqələr də var. Revanşist və separatçı qüvvələrin bu yeni dönəmin reallığında heç bir rolları, iştirak payları yoxdur və olmayacaq. Separatçıları yenidən təxribatçı cəhdlərə sövq edən məqam budur”.

İ.Vəlizadə söyləyib ki, burada əsas narahatedici məsələ Ermənistan hakimiyyətinin, yaxud hakimiyyətə tabe olan orqanların bəzən separatçı ünsürlərə dəstək ifadə etməsi, yaxud onların fəaliyyətinə göz yummasıdır: 

“Bu da İrəvan hökumətinin hələ də “iki stulda oturmaq” niyyətindən əl çəkmədiyini, müəyyən elementləri gələcəyə daşımaq niyyətində olduğunu göstərir. Ən azından hakimiyyət revanşist və separatçıların himayədarları ilə münasibətləri daha da gərginləşdirmək istəmir. Çünki qarşıdan parlament seçkiləri gəlir və seçkilər ərəfəsində revanşistlərin aktivləşəcəyi şübhəsizdir. Ona görə də Ermənistanda baş verən prosesləri birmənalı qəbul etməməliyik və hər zaman diqqətli olmalıyıq. Ermənistanda revanşizmin baş qaldırması mümkündür”.

Aydın Baxış

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
24
bakivaxti.az

1Источники