Milli.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Qış aylarında günəşli günlərin azalması bir çox insanın D vitamini çatışmazlığı ilə üzləşməsinə səbəb olur. Halbuki D vitamini orqanizmdə sümüklərin möhkəmlənməsi, immun sisteminin güclənməsi və əhval-ruhiyyənin tənzimlənməsi üçün mühüm rol oynayır.
Bəs gün işığı olmadan bu vitamini necə əldə etmək mümkündür?
Milli.Az xəbər verir ki, mütəxəssislər bildiriblər ki, D vitamininin əsas mənbəyi günəş şüaları olsa da, alternativ yollar da mövcuddur. İlk növbədə qida rasionuna diqqət yetirmək tövsiyə edilir. Yağlı balıqlar (qızılbalıq, skumbriya, ton balığı), balıq yağı, yumurta sarısı və qaraciyər D vitamini ilə zəngin məhsullar sırasındadır. Həmçinin bəzi süd məhsulları və taxıllar D vitamini ilə zənginləşdirilmiş formada satışa çıxarılır.
Həkimlərin sözlərinə görə, qida ilə kifayət qədər D vitamini qəbul etmək hər zaman mümkün olmur. Bu səbəbdən analiz nəticələrinə əsasən vitamin D preparatlarından istifadə edilə bilər. Lakin mütəxəssislər özbaşına və nəzarətsiz şəkildə əlavə qəbulunu tövsiyə etmirlər. Çünki normadan artıq D vitamini qəbulu da sağlamlıq üçün risk yarada bilər.
Bundan başqa, qapalı məkanlarda daha çox vaxt keçirən şəxslər üçün aktiv həyat tərzi, balanslı qidalanma və mütəmadi tibbi müayinə vacib hesab olunur. Xüsusilə uşaqlar, yaşlılar və xroniki xəstəliyi olan şəxslər D vitamini səviyyəsini vaxtaşırı yoxlatdırmalıdırlar.
Mütəxəssislər vurğulayırlar ki, gün işığının məhdud olduğu dövrlərdə düzgün qidalanma və həkim məsləhəti ilə vitamin dəstəyi D vitamini çatışmazlığının qarşısını almağa kömək edə bilər.
Aysel
Milli.Az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.