RU

Bu ay gənc əsgərlərlə görüşlər fevralın 15-i və 22-si keçiriləcək

Fevralda gənc əsgərlərlə görüşlər yalnız ayın 15-i və 22-si keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, görüşlər yalnız şəxsiyyətini təsdiq edən sənədi təqdim etmiş yaxın qohumlara — valideynlər, həyat yoldaşı, uşaqlar, baba və nənə, həmçinin doğma və ögey (eyni ata və ya anası olan) qardaş və bacılara icazə veriləcək.

Şəxsi heyətin sağlamlığının qorunması məqsədilə görüşlərə qida və ya ərzaq məhsulları gətirmək qadağandır.

Избранный
18
15
azerbaijan-news.az

10Источники