RU

Zabrat Kürdəxanı yolundakı yol nəqliyyat hadisəsinin təfərrüatı: Eyni anda iki qəza baş verib

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakının Sabunçu rayonunun Zabrat-Kürdəxanı yolunda baş verən yol-nəqliyyat hadisələrinin təfərrüatı məlum olub.

Oxu.Az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) baş inspektoru Rüstəm Əhmədli bildirib ki, Zabrat-Kürdəxanı yolunda eyni vaxtda iki ayrı yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Onun sözlərinə görə, ilk hadisə fevralın 11-də saat 23:05-də baş verib.

"Cavid Həmid oğlu Cəfərsoyun sürdüyü "Khazar" markalı, 77-CA-692 dövlət qeydiyyat nişanlı avtomobil sürücünün idarəetməni itirməsi nəticəsində yolun sağ kənarındakı dayanacaq tablosuna və yol nişanına çırpılıb. Qəza nəticəsində avtomobilə və dayanacağa ciddi ziyan dəysə də, xəsarət alan olmayıb.

İkinci hadisə isə saat 23:30-da eyni ərazidə qeydə alınıb. Elvin Xəlil oğlu Kərimovun idarə etdiyi KIA markalı, 99-FH-785 dövlət qeydiyyat nişanlı avtomobillə Sərxan Cəmil oğlu Abdullayevin idarə etdiyi "Toyota Prius" avtomobili toqquşub. Hadisə nəticəsində "Prius"da olan iki sərnişin - Vüsalə İlham qızı Məmmədova və Türkanə Xanlar qızı Osmanova xəsarət alıblar.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır", - deyə R.Əhmədli vurğulayıb.

View this post on Instagram

A post shared by Oxu.Az (@oxuaz)

Əzizə İsmayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
21
oxu.az

1Источники