RU

Vəzifəsi olan AZƏRBAYCANLI MƏŞHURLAR - SİYAHI

Bu gün Azərbaycan incəsənətində yetəri qədər zəngin yaradıcılığı olan, əsl sənət nümayiş etdirən və öz sözünün demiş məşhurlar var ki, onlar yüksək Fəxri adlara layiq görülüblər. Tanınmışlar bu adlara layiq olduqları qədər, zaman-zaman müəyyən vəzifələrə də təyin olunublar. Hazırda müxtəlif dövlət qurumlarında sədr, rəhbər və direktor işləyən məşhurlar var.

Bu dəfə BAKU.WS saytı olaraq sözügdən məşhurları araşdırdıq. Vəzifəsi olan məşhurların siyahısını oxuculara təqdim edirik:

Xalq artisti Aygün Səmədzadə

Bəstəkar ötən ilin mayında vəzifəyə təyin edilib. O Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru olub. Səmədzadə bu vəzifəyə mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə təyin edilib.

Xalq artisti Hacı İsmayılov

Məşhur aktyor hazırda Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri vəzifəsinədir. 82 yaşlı Xalq artisti 2024-cü ildən bu vəzifəni icra edir.

Xalq artisti Rasim Balayev

Görkəmli aktyor Rasim Balayev ölkədə 2 il əvvəl yaradılan Azərbaycan Kinematoqrafçılar İttifaqının sədridir. Bu barədə ilk dəfə Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşməsilə bağlı keçirilən konfransda bildirilib.

Xalq artisti Yusif Eyvazov

Yusif Eyvazov 2023-cü ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına direktor təyin edilib. Ona bu vəzifə Mədəniyyət naziri Adil Kərimlinin imzaladığı müvafiq əmrlə verilib. 48 yaşlı Xalq artisti opera müğənnisi və dramatik tenordur.

Xalq artisti İlham Namiq Kamal və Əməkdar artist Azad Şükürov

Onlar Teatr Xadimləri İttifaqında sədr müavinidirlər. Məşhurlar bu vəzifəyə eyni vaxtda yəni, 2024-cü ilin iyulunda seçiliblər.

Əməkdar artist Zaur Əmiraslanov

Müğənni Zaur Əmiraslanov Azərbaycan Dövlət Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətinin Dövlət Səsyazma Studiyasının rəhbəridir. O bu vəzifəyə 2020-ci ildə təyin edilib. Ötən il isə Əməkdar artistə mayor rütbəsi verilib. O Daxili Qoşunların ansamblının solistidir.

Aktyor İlham Qasımov

"Yuxu" filmində "Əliabbas" obrazı ilə məşhurlaşan aktyor 3 il əvvəl vəzifəyə təyin edilib. O Heydər Əliyev Sarayının direktoru vəzifəsini icra edir. İlham Qasımov ötən il Azərbaycan Respublikasının Kino Agentliyinin Müşahidə Şuraya üzv təyin edilib.

Əməkdar artist Aybəniz Haşımova

Aybəniz Haşımova bir neçə gün əvvəl vəzifəyə təyin edilib. O hazırda A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktorudur. Haşımova fevralın 6-sı bu vəzifəyə təyin olunub, bir neçə gün sonra isə kollektivə təqdim edilib. Sənətçi həm də Türk Ağsaqqalları İctimai Birliyinin Mədəniyyət Komitəsinin sədridir.

Müğənni Əlikram Bayramov

Müğənni Əlikram Bayramov 2022-ci ildə Biləsuvar rayon Mədəniyyət Mərkəzinin direktor müavini təyin olunub. Sənətçi buna görə bir müddət Biləsuvara köçüb, orada yaşayıb. Bununla yanaşı paytaxtdakı fəaliyyətini də davam etdirib. O verilişlərə çıxır, toylarda və müxtəlif tədbirlərdə iştirak edir.

Müğənni Ayaz Qasımov

Sənətçi verilişlərdən birində Qarabağ Universitetində Estrada Musiqisi fakültəsinə rəhbərlik etdiyini deyib. Qasımov açıqlaması zamanı "Mənə belə bir təklif gəlib. Qarabağ Universitetində Estrada Musiqisi fakultəsinə rəhbərlik etməyimi istədilər. Mən də qəbul etdim"- deyə bildirib.

Aktyor Şaban İmkani

Şaban İmkani ötən ilin fevralında "Bakı Metropoliteni" QSC-nin Kommunikasiya departamentinin rəisi vəzifəsinə təyin edilib. Aktyor 2020-2024-cü illərdə "Azərbaycan Dəmir Yolları" QSC-də müştəri xidmətləri şöbəsinin rəisi vəzifəsində çalışıb. O, bloqer və aktyor kimi də fəaliyyət göstərir.

Избранный
7
2
far.az

3Источники