Almaniyanın müdafiə naziri Boris Pistorius ölkəsinin Ukraynaya ötürə biləcəyi silah və hərbi texnika ehtiyatlarının demək olar ki, tükəndiyini bildirib.
Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, nazir Berlində keçirilən mətbuat konfransında çıxışı zamanı qeyd edib ki, Almaniya bu məsələdə artıq imkanlarının son həddinə çatıb.
“Biz bu məsələdə imkanlarımızın sərhədinə çatmışıq”, – deyə Pistorius vurğulayıb.
O əlavə edib ki, Almaniya indiyədək Kiyevə dəstək çərçivəsində ehtiyatlarının əhəmiyyətli hissəsini təqdim edib. Berlin Ukraynaya hava hücumundan müdafiə sistemləri, zirehli texnika, artilleriya qurğuları və digər silah növləri göndərib.
Nuriyyə NATİQQIZI