RU

Dünya Kubokunda ölkəmizi təmsil edəcək batut və tamblinq komandasının heyəti açıqlanıb Federasiyadan ə AÇIQLAMA

ain.az, Idman.biz portalına istinadən məlumat yayır.

Batut və tamblinq üzrə Dünya Kubokunda iştirak edəcək Azərbaycan komandasının heyəti müəyyənləşib.

Bu barədə İdman.Biz-ə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, baş məşqçi Adil Hüseynzadənin rəhbərlik etdiyi tamblinq millisinin heyətinə son iki dünya çempionatının (2023, 2025) komanda hesabında qalibləri - 1996-cı il təvəllüdlü Mixail Malkin, 2004-cü il təvəllüdlü Tofiq Əliyev, 2005-ci il təvəllüdlü Adil Hacızadə və 2006-cı il təvəllüdlü Bilal Qurbanov daxil edilib.

Xatırladaq ki, Dünya Kuboku 21-22 fevral tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək.

Vüqar Vüqarlı

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
8
1
icma.az

2Источники