RU

Parlament seçkisi zamanı partlayış - Yaralananlar var

Banqladeşin mərkəzi hissəsində 13-cü parlament seçkisi və referendumun keçirildiyi seçki məntəqələrində əldəqayırma bombalar işə düşüb.

Milli.Az-ın xəbərinə görə, bu barədə "The Daily Star" nəşri məlumat verib.

"Hadisə yerli vaxtla saat 09:00 civarında (Bakı vaxtı ilə saat 07:00) Niçupara rayonundakı Reşma Beynəlxalq Məktəbində təşkil olunmuş seçki məntəqəsində baş verib", - deyə polis rəisinin müavini Məhəmməd Sərvər Hüseyn nəşrə bildirib.

Onun məlumatına əsasən, biri uşaq olmaqla, üç nəfər xəsarət alıb.

Qeyd edək ki, Banqladeşdə seçki yüksək təhlükəsizlik tədbirləri şərtlərində keçirilir. Qanun və ictimai asayişin qorunmasına təxminən bir milyon güc strukturu nümayəndəsi cəlb olunub. Seçki məntəqələrinin 90 faizi videomüşahidə sistemləri ilə təchiz edilib.

Milli.Az

Избранный
4
2
milli.az

3Источники