Müğənni Zahidə Günəşin oğlu ona bəzi restoranlarda çıxış etməyə qadağan edib.
Far.Az xəbər verir ki, bu barədə sənətçi "Qonaqcanlı" verilişinə qatılarkən bildirib.
O qeyd edib ki, "14 Fevral-Sevgililər günü"ndə bir çox restoranda çıxış etmək üçün ona təkliflər gəlib.
Lakin oğlu Səmran ona 6 restoranda oxumayacağını bildirib. Müğənni oğlunun bu fikirinə hörmət edib, razılaşdığını vurğulayıb.